Aİ kəşfiyyat peyklərinin yeni şəbəkəsini yaratmağı planlaşdırır
Dünya
01.12.2025 12:00
Avropa İttifaqı (Aİ) 2026-cı ildə dəyəri 1,2 milyard avro olan yeni kəşfiyyat peykləri şəbəkəsini inkişaf etdirməyi və orbitə buraxmağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius məlumat verib.
"Kəşfiyyat məlumatları çox vacib olduğu üçün biz ilkin olaraq kommersiya məlumatlarından istifadə etmək və milli resursları necə inteqrasiya edə biləcəyimizi başa düşmək, sonra isə paralel olaraq tamamilə yeni Avropa sistemi yaratmaq imkanlarını nəzərdən keçiririk", - deyə o vurğulayıb.
Qeyd olunur ki, Avropa Kosmik Agentliyinə üzv olan ölkələr bu layihə üçün 1,2 milyard avro ayırmağa razılaşıblar. Məlumata görə, bu peyklər təxminən 30 dəqiqəlik fasilələrlə Yer səthinin yüksək dəqiqlikli fotoşəkillərini çəkə biləcək.
Aysel Mətləb
tag: Aİ,Peyk,Kəşfiyyat,Şəbəkə,Todaypress.tv,
