Aİ İsrailə qarşı sanksiyalarda razılığa gələ bilmədi

Aİ İsrailə qarşı sanksiyalarda razılığa gələ bilmədi
21.04.2026 22:00 Dünya

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri növbəti dəfə İsrailə qarşı heç bir sanksiyanı razılaşdıra bilməyiblər.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda Aİ XİN rəhbərlərinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.

"Bir sıra Aİ ölkələri təcavüzkar məskunlaşanlara qarşı sanksiyaların tətbiqi və İsrail ilə tərəfdaşlıq sazişinin dayandırılması təşəbbüsü ilə çıxış ediblər. Lakin bunun üçün zəruri olan yekdil qərara nail ola bilmədik", - deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər