Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər

Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər
30.08.2025 11:50 Dünya

Avropa İttifaqı (Aİ) İrana qarşı birtərəfli sanksiyaları bərpa edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündən əvvəl bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, əgər Tehranla nüvə proqramı üzrə danışıqlar növbəti 30 gün ərzində nəticə verməzsə və BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyaları yenidən qüvvəyə minərsə, Avropa İttifaqı da öz sanksiyalarını bərpa edəcək.

Barro xatırladıb ki, Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya artıq "snapback" mexanizmini işə salmaq qərarı verib. Bu mexanizm 2015-ci il sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutur. Sanksiyalar maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir.

Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (restriksiyaların aradan qaldırılmasını nəzərdə tutur) müddətinin uzadılması üçün İrana əlavə 30 gün vaxt verməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, həmin qətnamənin müddəti bu il oktyabrın 18-də başa çatır.

“İndi 30 günlük bir dövr başlayır. Əgər bu müddət ərzində İran bizim çox aydın şəkildə ifadə etdiyimiz tələbləri qəbul etməzsə, əvvəlcə BMT sanksiyaları, ardınca isə Avropa İttifaqının sanksiyaları bərpa oluna bilər. Əgər Tehran əməkdaşlığa razılıq versə, bu sanksiyaların tətbiqi təxirə salına bilər. Diplomatiya üçün qapı hələ də açıqdır”, - deyə Barro bildirib. 

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyünün qərarını kəskin tənqid edib. O, bu yanaşmanın İranla bağlı niyyətlərin səmimiliyinə dair şübhələri daha da artırdığını və diplomatik həll yollarını çətinləşdirdiyini bildirib.

Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda vurğulayıb ki, Tehran qlobal güclərlə konstruktiv əməkdaşlığı davam etdirməyə, İslam Respublikasının maraqlarını nəzərə almaq şərtilə yeni nüvə sazişi əldə etməyə hazırdır. İranın cavab tədbirləri görəcəyi də bəyan olunub. 

Töhfə Səməd

XƏBƏR LENTİ
05 IYUN 2026
Putin: "Rusiyanın Ermənistandan yalnız bir xahişi var" 23:45 Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 Bütün Xəbərlər