Aİ-də veto hüququ ləğv edilir? - Tək ölkə qərarı bloklaya bilməyəcək
Avropa Komissiyası üzv ölkələrin sanksiyalar, genişlənmə və bəzi digər istiqamətlər üzrə veto hüququnu ləğv edəcək islahat təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə islahat layihəsini Strasburqda Avropa Parlamentinin sessiyasında təqdim edən genişlənmə üzrə avrokomissar Marta Kos bildirib.
"Avropa İttifaqı normaları imkan verdikdə, tək bir ölkənin vacib qərarları artıq bloklaya bilməməsi üçün ixtisaslı səs çoxluğundan istifadə olunan sahələrin sayını artırmalıyıq. Məsələn, bu sanksiyalara, vergidən yayınma ilə mübarizəyə və genişlənməyə aiddir", - deyə Kos vurğulayıb.
Bu təkliflər yeni üzv ölkələrin qəbuluna hazırlıq və Aİ-nin səmərəliliyinin artırılması üçün islahat kimi rəsmiləşdirilib.
Aysel Mətləb