Aİ ABŞ-İran danışıqlarına diplomatik töhfə verməyə hazırdır

Aİ ABŞ-İran danışıqlarına diplomatik töhfə verməyə hazırdır
20.02.2026 23:30 Dünya

“Avropa İttifaqı (Aİ) İranla danışıqlarda həm ikitərəfli, həm də G7 formatı vasitəsilə ABŞ ilə sıx əlaqə saxlayır və öz köməyini təklif edir”. 

TodayPress TV xəbər verir ki, bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın sözçüsü Ənvər əl-Anuni bildirib. 

"Ali Nümayəndə Kallas regiondakı həmkarları ilə dəfələrlə danışıb. O, ABŞ və İran arasında gərginliyin azaldılmasına çağırır. Biz bütün tərəflərlə əlaqə saxlayırıq və istənilən həqiqi diplomatik prosesdə iştirak etməyə hazırıq", - deyə o vurğulayıb. 

Sözçü qeyd edib ki, məsələ İranın nüvə probleminə həll yolu tapmaqla bağlıdır və belə bir həll yolu "yalnız diplomatik vasitələrlə tapıla bilər. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər