Aİ ABŞ ilə ticarət sazişini dondurdu

Aİ ABŞ ilə ticarət sazişini dondurdu
21.01.2026 22:30 Dünya

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyası üzrə səsverməni rəsmi şəkildə dayandırıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə "DPA" agentliyi məlumat yayıb.

"ABŞ Aİ üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hədə-qorxu gələrək, tarifləri təzyiq vasitəsi kimi istifadə etməklə ticarət münasibətlərinin sabitliyini və proqnozlaşdırıla bilməsini pozur", – deyə Avropa Parlamentinin ticarət komitəsinin sədri Bernd Lanqe bildirib.

O vurğulayıb ki, saziş üzərində iş ABŞ qarşıdurma əvəzinə əməkdaşlığı bərpa etməyə qərar verənədək dayandırılıb.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər