Afinadan SƏRT XƏBƏRDARLIQ! Ankara bunu necə qarşılayacaq?
Yunanıstanın xarici işlər nazirinin müavini Tasos Hatzivasiliou Türkiyəyə və region ölkələrinə sərt mesaj göndərib.
TodayPress TV-nin məlumatına görə, o bildirib ki, türklər və regiondakı bütün tərəflər Yunanıstanın kifayət qədər güclü dövlət olduğunu bilir. Nazir müavininin sözlərinə görə, ölkə son dövrlərdə geosiyasi, diplomatik və hərbi təsirini əhəmiyyətli dərəcədə artırıb.
“Əminəm ki, heç kim heç vaxt bu sərhədləri sınamağa cəhd etməyəcək”, – deyə Hatzivasiliou vurğulayıb.
Kübra Musayeva