ABŞ Venesuelaya məxsus qayığa zərbə endirdi
ABŞ Prezidenti Donald Tramp ölkəyə narkotik daşıyan Venesuelaya məxsus sualtı qayığın məhv edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib.
O bildirib ki, qayıqda dörd nəfər olub, onlardan ikisi sağ qalıb. Həmin şəxslər Ekvador və Kolumbiyada məhkəmə qarşısına çıxarılacaqlar.
Tramp bir neçə gün əvvəl də Venesuelaya məxsus bir gəminin vurulduğunu demişdi.
Türkan İsgəndərli