ABŞ Venesuela ilə bağlı hərbi plan iddialarını təkzib etdi
Dünya
05.11.2025 15:04
ABŞ Venesuelaya qarşı hərbi əməliyyat planları ilə bağlı yayılan məlumatları təkzib edib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Ağ Evin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell bildirib.
O, “The New York Times”ın (NYT) Tramp administrasiyasının Venesuelaya qarşı üç mümkün hərbi variantı nəzərdən keçirdiyi barədə xəbərlərini “səhvlərlə dolu” adlandırıb və bunun xəbər yox, şərh mahiyyəti daşıdığını qeyd edib.
Xatırladaq ki, NYT mənbələrə istinadən ABŞ-nin hava hücumları və xüsusi təyinatlı əməliyyatları da daxil olmaqla, Maduroya qarşı hərbi ssenariləri müzakirə etdiyini iddia etmişdi.
Bundan əvvəl “The Washington Post” yazmışdı ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ ilə gərgin münasibətlər fonunda Rusiya lideri Vladimir Putinə məktub göndərərək hərbi və maliyyə yardım istəyib. Military Watch Magazine-in məlumatına görə, Karakas Rusiyadan raketlər, qırıcılar, sahil müdafiə sistemləri və sualtı qayıqlar daxil olmaqla müxtəlif silahlar tələb edib.
Jalə Rövşən
tag: ABŞ,Venesuela,Təkzib,Nikolas Maduro ,Todaypress.tv,
