ABŞ və İsrailin hücumu nəticəsində İranda ölənlər var

Dünya

06.04.2026 22:20

İranın Əlborz ostanında yerləşən Nəzərabad rayonu ABŞ və İsrailin hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə "SNNTV" məlumat yayıb.

"Nəzərabadın bəzi yaşayış evləri ABŞ və İsrailin raket hücumuna məruz qalıb, gənc ailə həlak olub, çox sayda dinc sakin yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, hücum nəticəsində Nəzərabadda bəzi yaşayış evləri dağılıb.

TodayPress TV

tag: Iran, ABŞ, israil, hücum, todaypress.tv,