ABŞ və Belarus arasında "məhbus diplomatiyası"

ABŞ və Belarus arasında "məhbus diplomatiyası"
11.09.2026 20:02 Dünya

ABŞ Prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul sentyabrın 14-ü Minskə gələcək.

TodayPress TV xəbər verir ki, bu barədə Polşa KİV-ləri onun əhatəsindəki mənbələrə istinadən məlumat yayıb.

"Koul daha bir qrup məhbusun azad olunmasına çalışır. O bildirir ki, 700–800 nəfərin azad edilməsinə kömək edib və bu rəqəmi minə çatdırmağa ümid edir", - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, martın 19-da Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Koul arasında aparılan danışıqlardan sonra Belarusun cəzaçəkmə müəssisələrində cəza çəkən və ekstremist yönümlü cinayətlərə görə məkum edilmiş növbəti 250 nəfərlik qrupun əfv olunduğu məlum olub.

Bundan sonra Koul ABŞ-nin "Belinvestbank", İnkişaf Bankı və Belarus Maliyyə Nazirliyinə tətbiq etdiyi sanksiyaların ləğv olunduğunu, həmçinin "Belarus Kalium Şirkəti" və "Belaruskali"nin ABŞ-nin təşəbbüsü ilə tərtib edilən bütün sanksiya siyahılarından çıxarıldığını bildirib.

Həmçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Vaşinqton və Minskin bu istiqamətdə qarşılıqlı əməkdaşlığı davam etdirəcəyini bəyan edib.

Öz növbəsində Lukaşenko respublikada belə bir kateqoriyanın olmadığını iddia etsə də, "siyasi məhbuslar"a dair ABŞ ilə mövcud razılaşmalara əməl etməyə hazır olduğunu bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər