ABŞ və Aİ mineral ehtiyatlar sahəsində əməkdaşlıq müqaviləsi imzaladılar
ABŞ dövlət katibi Marko Rubio və Avropa Ticarət Komissarı Maroş Şefçoviç vacib mineralların çıxarılması və təchizatı ilə bağlı anlaşma memorandumu imzalayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
"Bu resursların həddindən artıq cəmləşməsi, onların bir və ya iki yerdə cəmləşməsi qəbuledilməz bir risk yaradır. Təchizat zəncirlərimizi şaxələndirməliyik", - deyə Rubio memorandumu imzalamazdan əvvəl bildirib.
O əlavə edib ki, Brüssel ilə ilkin razılaşma Qərb müttəfiqləri arasında iqtisadi uğur üçün təbii ehtiyatların təchizat zəncirlərinin təmin edilməsinin vacibliyi barədə artan bir anlayışı əks etdirir.
Aysel Mətləb