ABŞ Səudiyyəyə 200 hərbçi göndərdi
ABŞ Səudiyyə Ərəbistanına 100-200 hərbi məsləhətçi göndərib.
TodayPress TV xəbər verir ki, CNN-in məlumatına görə, amerikalı hərbi məsləhətçilər Səudiyyə Ərəbistanına əməliyyat xarakterli kəşfiyyat məlumatlarının təqdim edilməsində və husilərə qarşı zərbələr üçün hədəflərin müəyyənləşdirilməsində yardım göstərirlər.
Məlumata görə, bu addım ABŞ-nin bölgədəki iştirakının əhəmiyyətli dərəcədə genişlənməsi kimi qiymətləndirilir. Son həftələrdə İranın husilərə dəstəyini artırmasından sonra birgə komandanlıq da yaradılıb.
ABŞ tərəfi hədəflərin müəyyənləşdirilməsi üçün “Maven” sisteminə bənzər texnologiya və geospatial dəstək təqdim edir. Bununla belə, amerikalı hərbçilərin birbaşa zərbələrdə iştirak etmədiyi və Səudiyyə təyyarələrinə havada yanacaq doldurmadığı bildirilir.
Bu proses husilərin Moha şəhərini ələ keçirməsi və Babül-Məndəb boğazı üçün təhdidin artması fonunda baş verir.
Kübra Musayeva