ABŞ Səudiyyə Ərəbistanına iki "uçan radar" yerləşdirdi
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki “E-3 Sentry AWACS” erkən xəbərdarlıq və idarəetmə təyyarəsi Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Hava Bazasına eniş edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Flightradar24” aviasiya resursu məlumat yayıb.
Bildirilib ki, "uçan radarlar" transatlantik uçuşdan sonra Böyük Britaniyadakı “Mildenhall” Hərbi Hava Qüvvələri Bazasında dayanıblar.
Aysel Mətləb