ABŞ qüvvələrinə məxsus pilotsuz təyyarə Hörmüz boğazında kəşfiyyat apardı

Dünya

25.04.2026 08:35

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MQ-4C Triton” strateji elektron kəşfiyyat pilotsuz təyyarəsi İran yaxınlığındakı Hörmüz boğazında uçuş həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Itamilradar” portalı məlumat yayıb.

Bildirilib ki, pilotsuz təyyarə İordaniyadakı “Müvəffəq Salti” hava bazasından buraxılıb və Səudiyyə Ərəbistanının hava məkanını keçdikdən sonra Hörmüz boğazına doğru istiqamət alıb.

Təxminən bir saat yarım ərzində o, boğazın beynəlxalq suları üzərində 14.600 metr yüksəklikdə uçuş həyata keçirib. Missiyasını başa vurduqdan sonra Amerika pilotsuz təyyarəsi bazaya qayıdıb.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Hörmüz,MQ-4C Triton,İran,TodayPress TV,