ABŞ Qüvvələri iki İran dronunu vurdu
ABŞ Silahlı Qüvvələri iki İran dronunu zərərsizləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün səhər tezdən ABŞ-ın Yaxın Şərqdəki qüvvələri Hörmüz boğazında beynəlxalq gəmiçiliyi təhdid edən iki İran kamikadze hücum dronunu vurdu", - komandanlığın açıqlamasında deyilir.