ABŞ ordusu "Patriot" və "THAAD" raketlərinin tədarükünü genişləndirir

Dünya

21.04.2026 23:10

ABŞ Silahlı Qüvvələri gələn maliyyə ilində daxili ehtiyacları ödəmək üçün “Patriot” və “Terminal High Altitude Area Defense” (THAAD) hava və raketdən müdafiə sistemlərinin tədarükünü genişləndirəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Pentaqonda jurnalistlər üçün keçirilən xüsusi brifinqdə Birləşmiş Qərargah Rəislərinin büdcə bürosunun rəhbəri general-leytenant Stiven Uitni bildirib.

O vurğulayıb ki, bunlar ABŞ ehtiyatları üçün nəzərdə tutulub.

Brifinqdə iştirak edən müdafiə nazirinin maliyyə üzrə müavini vəzifəsini icra edən Culs Hörst administrasiyanın 2027-ci il üçün federal büdcə layihəsində “PAC-3 - Patriot Advanced Capability-3" alışlarında kütləvi artım nəzərdə tutulduğunu təsdiqləyib. Uitninin sözlərinə görə, Pentaqon 2027-ci ildə “Patriot” və “THAAD” sistemlərinin alınması üçün Konqresdən ümumilikdə 31,8 milyard dollar almağı gözləyir.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Patriot,THAD,Raket,TodayPress TV,