ABŞ ordusu İran limanlarını tam blokadaya aldı
Dünya
14.04.2026 20:54
10 mindən çox ABŞ dənizçisi, dəniz piyadası və hərbi pilotu, həmçinin 10-dan çox hərbi gəmi və onlarla təyyarə İran limanlarına daxil olan və oradan çıxan gəmilərin qarşısının alınması üzrə əməliyyatlar həyata keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, ilk 24 saat ərzində heç bir gəmi blokadanı keçə bilməyib, altı kommersiya gəmisi isə ABŞ-nin təlimatlarına tabe olaraq Oman körfəzindəki İran limanlarına geri dönüb.
Məlumata əsasən, blokada Fars və Oman körfəzlərindəki bütün İran limanları da daxil olmaqla, bu ölkənin limanlarına və sahil bölgələrinə daxil olan və ya oradan çıxan bütün gəmilərə qarşı qərəzsiz şəkildə tətbiq edilir. ABŞ qüvvələri Hörmüz boğazından keçərək İrana aid olmayan limanlara hərəkət edən gəmilər üçün naviqasiya azadlığını dəstəkləyir.
Aysel Mətləb
tag: ABŞ,İran,Blokada,Gəmi,TodayPress TV,
