ABŞ onlarla tankeri saxlayacaq
Dünya
14.01.2026 15:20
ABŞ administrasiyası Venesuela neft ticarəti ilə məşğul olan onlarla tankerin saxlanılması üçün məhkəmə qərarı istəyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, əsasən ABŞ-nin paytaxtı Vaşinqtonda rayon məhkəmələrində çoxsaylı mülki müsadirə tələbləri irəli sürülüb.
Mənbələr aydınlaşdırıb ki, Amerika tərəfi gəmilərin saxlanılmasını 9 yanvarda dayandırsa da, ABŞ neft daşınmasına icazə vermədiyi gəmilərə qarşı tədbirləri bərpa etməyə hazırdır.
Qeyd edək ki, yanvarın 12-də Ağ Evin mətbuat katibi Kerolin Livit jurnalistlərə müsahibəsində Vaşinqton administrasiyasınin ABŞ hakimiyyət orqanlarının icazəsi olmadan Venesueladan yola düşən bütün tankerləri ələ keçirməyə davam edəcəyini bildirib.
Aysel Mətləb
tag: ABŞ ,Venesuela ,Neft,Amerika ,Todaypress.tv,
