ABŞ və Ukrayna nümayəndə heyətləri bu axşam Davosda, Dünya İqtisadi Forumu çərçivəsində görüş planlaşdırır.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "CNBC"yə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, görüş Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl Stiv Uitkoff və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Davosda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə qapalı görüş keçiriblər.
Uitkoff həmin danışıqları müsbət qiymətləndirib. Görüş iki saatdan çox davam edib.
Ukrayna nümayəndə heyətinə Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, parlamentdə hakim partiyanın fraksiya rəhbəri David Araxamiya və prezident ofisinin rəhbəri Kirill Budanov daxildir.
Jalə Rövşən
