ABŞ-nin zərbə endirdiyi obyektlər radioaktiv çirklənmə riski daşıyır
ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrin nəticələri barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, qurumun rəsmi saytında yerləşdirilən bəyanata əsasən, 13 iyun tarixində agentlik tərəfindən yoxlanılmış üç nüvə obyektində, o cümlədən İsfahan və Natanzda müxtəlif dərəcədə zənginləşdirilmiş uran nüvə materialı mövcud olub.
Bu isə həmin obyektlərə edilən hücumların radioaktiv və kimyəvi çirklənmə riski daşıdığını göstərir.
Qiymət Mahir