ABŞ neft şirkətləri Venesuelaya investisiya üçün zəmanət istəyir
Dünya
08.01.2026 17:57
ABŞ neft şirkətləri Venesuelaya investisiya üçün zəmanət tələb edir
TodayPress TV "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Amerika neft şirkətləri Venesuelaya böyük investisiyalar qoymazdan əvvəl Vaşinqtondan güclü hüquqi və maliyyə zəmanətləri istəyirlər.
ABŞ Prezidenti Donald Tramp isə onları enerji sektorunda islahatlar aparmaq səylərini dəstəkləməyə çağırıb.
Nəşr yazır ki, ABŞ-nin Energetika naziri Kris Rayt Mayamidə ABŞ-nin əsas enerji şirkətlərinin rəhbərləri ilə görüşüb və Trampın ABŞ neft qruplarının Venesuelanın enerji sektoruna milyardlarla dollar sərmayə qoyması barədə mesajını çatdırıb.
Lakin şirkət rəhbərləri Venesuelaya investisiyanın siyasi və hüquqi risklərlə birləşdiyini vurğulayır və dövlət zəmanətləri olmadan böyük layihələr üçün investisiya qoyuluşunun mümkün olmayacağını bildirirlər.
Nəşrin məlumatına görə, "Chevron", "ExxonMobil" və "ConocoPhillips" rəhbərləri Trampla görüşərək gələcək investisiyaları müzakirə edəcəklər.
Jalə Rövşən
tag: ABŞ,Venesuela,Neft ,Donald Tramp,Todaypress.tv,
