ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.
Bildirilib ki, bura səkkiz İran vətəndaşı, həmçinin bu ölkəyə, BƏƏ-yə və Türkiyəyə məxsus dörd şirkət daxil edilib.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyinin siyahısına İranın “Mahan Air” aviaşirkətinə məxsus iki “Boeing 777-200ER” təyyarəsi də əlavə olunub.
Aysel Mətləb