ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu

ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
21.06.2026 21:20 Dünya

İsveçrənin Sürix hava limanında baş verən texniki nasazlıq səbəbindən 26 reys ləğv edilib, 60 reys isə gecikib.

TodayPress TV xəbər verir ki, bu barədə "Keystone-ATS" agentliyi məlumat yayıb.

Məlumata görə, problem ABŞ və İran arasında Bürgenştok kurortunda keçirilən texniki məsləhətləşmələrlə əlaqədar bölgə üzərində uçuşlara məhdudiyyət tətbiq edilərkən yaranıb.

Bildirilir ki, nasazlıq məhdud uçuş zonasının hava məkanının idarəetmə sisteminə inteqrasiyası zamanı baş verib. Nəticədə Dübendorf hava hərəkətinə nəzarət mərkəzinin və Sürix hava limanının dispetçer sistemlərinin fəaliyyəti pozulub.

Hadisə səbəbindən 12 gələn və 14 gedən reys ləğv olunub. Bundan əlavə, azı 60 reys iki saata qədər gecikmə ilə üzləşib.

Günün ikinci yarısında hava nəqliyyatının fəaliyyəti əsasən bərpa olunsa da, İsveçrənin hava hərəkətinə nəzarət xidməti "Skyguide" yanvarın 22-si səhərədək tranzit uçuşlar üçün müəyyən məhdudiyyətlərin qüvvədə qalacağını açıqlayıb.

Qeyd edək ki, iyunun 21-də Bürgenştokda ABŞ və İran nümayəndələri arasında Qətər və Pakistanın vasitəçiliyi ilə texniki məsləhətləşmələr keçirilir. Görüşlər tərəflər arasında daha əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunun icrasına həsr olunub.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər