ABŞ Əhməd Vahidini öldürməyi düşünür - FƏTVA VERİLDİ?

Dünya

24.04.2026 11:55

ABŞ-nin  İranla bağlı gərginlik siyasəti çərçivəsində, Vaşinqtonun danışıqlara mane olduğu və ya münaqişəni qızışdırdığı hesab edilən İranın bəzi yüksək rütbəli hərbi rəhbərlərinə qarşı birbaşa zərbələr endirməyi nəzərdən keçirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. 

Qeyd edilib ki, potensial hədəflər arasında əsas namizəd kimi İranın yüksək rütbəli hərbi rəsmisi Əhməd Vahidi göstərilir.

Eyni siyahıya daxil edilən digər şəxslər: 
İran Ali Hərbi Şurasının sədri və Ali Rəhbərin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi;
İran Təhlükəsizlik və Müdafiə Şurasının katibi Məhəmməd Zülqədr;
İran Ali Rəhbərinin hərbi məsələlər üzrə müşaviri Möhsən Rəzayi.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,ABŞ,Vaşinqton,Əhməd Vahidi ,Todaypress.tv,