ABŞ-dən İrana “gözdağı” - “İkisini vurdunuz, üçünü məhv edəcəyik!”

ABŞ-dən İrana “gözdağı” -     “İkisini vurdunuz, üçünü məhv edəcəyik!”
05.09.2026 18:11 Dünya

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı, admiral Bred Kuper İranı ABŞ gəmilərinə hücumun nəticələri ilə bağlı xəbərdar edib.

TodayPress TV xəbər verir ki, “İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) mesajımız çox aydındır: iki gəmimizə atəş açsanız, sizə daha böyük iqtisadi zərər vuracağıq - üç gəminizi məhv edəcəyik”, - Kuper bildirib.

Admiral ABŞ qüvvələrini tərəddüd etmədən müdafiə edəcəklərini vurğulayıb. O, zərurət yaranacağı təqdirdə İranın məhdud və həssas neft donanmasının məhv ediləcəyini də qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər