ABŞ-də federal səviyyədə edam cəzaları bərpa olunur
ABŞ Ədliyyə Nazirliyi federal ölüm hökmünün tətbiqini bərpa etmək üçün tədbirlər görüb.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun press-relizində məlumat verilib.
Bildirilib ki, tədbirlərə ölümcül inyeksiya protokolunun bərpası və edam üsullarının artırılması, o cümlədən güllələnmənin tətbiqi daxildir.
"Əvvəlki administrasiya terrorçular, uşaq qatilləri və polis qatilləri də daxil olmaqla, ən təhlükəli cinayətkarlar barəsində ən ağır cəza tədbirini tətbiq etməkdən imtina edərək, Amerika xalqını qorumaq vəzifəsini yerinə yetirməyib. Prezident Donald Trampın dövründə Ədliyyə Nazirliyi yenidən qanunun icrasını təmin edir və qurbanları dəstəkləyir", — deyə Baş prokurorun səlahiyyətlərini icra edən Todd Blanş bildirib.
Aysel Mətləb