ABŞ-də dövlət qulluqçuları maaşsız qala bilərlər

Dünya

22.04.2026 17:05

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) vəsait çatışmazlığı səbəbindən may ayının əvvəlində işçilərin maaşlarını ödəməkdə çətinliklə üzləşə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

DHS katibi Markueyn Mallin bildirib ki, departamentdəki vəsaitlər “çox sürətlə tükənir” və əlavə maliyyələşdirmə imkanları məhduddur.

Məlumata görə, ABŞ Konqresində büdcə ilə bağlı razılıq əldə olunmadığı üçün hökumətin qismən fəaliyyətinin dayandırılması davam edir. ABŞ Senatı immiqrasiya və sərhəd təhlükəsizliyi istisna olmaqla, DHS-in qismən maliyyələşdirilməsini təsdiqləyib, lakin tam büdcə razılaşdırılmayıb.

Bu səbəbdən bəzi əməkdaşlar ödənişsiz məzuniyyətə göndərilib, digərləri isə işə qayıtmaq üçün çağırılıb. ABŞ hökumətində qismən “shutdown” vəziyyətinin təxminən iki aydır davam etdiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Maaş,Departament,Senat,Todaypress.tv,