ABŞ 11 sentyabrla bağlı Azərbaycana xüsusi təşəkkür etdi
ABŞ-nin Azərbaycandakı səfirliyində 2001-ci il sentyabrın 11-də baş verən terror aktları və onların nəticələri zamanı həyatını itirən təxminən 3 min nəfərin xatirəsi yad edilib.
TodayPress TV xəbər verir ki, diplomatik nümayəndəlikdən bildirilən məlumata görə, faciədən sonra Azərbaycan ABŞ ilə həmrəylik nümayiş etdirib.
“Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq”, – deyə səfirlikdən qeyd olunub.
Kübra Musayeva