9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI

9 ölkə Aİ-nin İrana qarşı sanksiya qərarına qoşuldu - SİYAHI
15.08.2026 09:30 Dünya

Albaniya, Bosniya və Herseqovina, İslandiya, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç və Ukrayna Avropa İttifaqı Şurasının İranla bağlı 24 iyul tarixli sanksiya qərarına qoşulub.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ Şurasının açıqlamasında bildirilib.

Söhbət İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə hərbi dəstəyinə, Yaxın Şərq və Qırmızı dənizdə silahlı qruplara dəstəyinə, həmçinin regionda gəmiçiliyin azadlığını pozan fəaliyyətlərinə görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən gedir.

Bildirilib ki, sözügedən 9 ölkə öz milli siyasətlərini Aİ Şurasının qərarına uyğunlaşdıracaq. Aİ isə onların bu qərara qoşulmasını alqışlayıb.

XƏBƏR LENTİ
15 AVQUST 2026
Bütün Xəbərlər