700 metrlik kül sütunu göyə qalxdı – Məşhur vulkan yenə püskürdü

700 metrlik kül sütunu göyə qalxdı – Məşhur vulkan yenə püskürdü
13.09.2026 02:50 Dünya

İndoneziyanın Şərqi Yava adasında yerləşən Semeru vulkanı təxminən 700 metr hündürlüyə kül sütunu püskürüb.

TodayPress TV xəbər verir ki, göyə qalxan külün rəngi ağdan boz rəngə dəyişib, kül buludu isə şimal-şərq istiqamətinə yayılıb.

Vulkanoloqlar 26 yeraltı təkan qeydə alıblar. Təkanların müddəti 78-182 saniyə arasında olub. Həmin müddətdə üç dəfə kül püskürməsi də müşahidə edilib.

Semeru vulkanında aktivlik səviyyəsi üçüncü, yəni xəbərdarlıq səviyyəsində qalır.

Bildirilib ki, vulkan son bir həftə ərzində 40 dəfə, 2026-cı ilin əvvəlindən isə 1 794 dəfə püskürüb. Bu göstərici Semerunu İndoneziyanın ən aktiv vulkanına çevirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər