60 min ilan saxlayan şəxs 150 min dollar qazanır

Dünya

21.04.2026 15:46

Çində universitet təhsilindən sonra şəhərinə qayıdan bir qadın zəhərli ilanların yetişdirilməsi ilə məşğul olan ferma qurub və bu biznesdən ildə təxminən 150 min dollar gəlir əldə edir.

TodayPress TV xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Məlumata əsasən, onun təsərrüfatında 60 mindən çox ilan saxlanılır. Qadın bildirib ki, atası uzun illərdir bu sahə ilə məşğul olur və əvvəlcə onun da bu işə qoşulmasını təhlükəli hesab edərək etiraz edib. Lakin ferma genişləndikcə o, ailə biznesinə qoşulub.

Qadın əlavə edib ki, uşaqlıqdan ilanlarla böyüdüyü üçün onlardan qorxmur və bu sahədə işləmək onun üçün adi haldır.

Onun sözlərinə görə, təsərrüfat məhsulları ənənəvi Çin təbabətində istifadə olunur. İlanın ödü və yağı müalicəvi məqsədlərlə, zəhəri isə tibbi tədqiqatlarda tətbiq edilir.

Məlumata əsasən, ilan zəhərinin qiyməti qramına görə 6-30 dollar arasında dəyişir, bir ilan isə ölçüsündən asılı olaraq 30-150 dollar arası satıla bilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İlan,Zəhər,Ferma,Çin,Todaypress.tv,