29 avqust - Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

29 avqust - Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
29.08.2025 20:30 Dünya

16 iyul 1945-ci ildə ilk nüvə sınağının keçirilməsindən sonra planetimizdə iki mindən artıq nüvə partlayışı baş verib. İlk illərdə bu sınaqların insan həyatı və ətraf mühit üçün dağıdıcı nəticələri nəzərə alınmasa da, tarix göstərdi ki, nüvə partlayışları uzunmüddətli və fəlakətli təsirlər yaradır.

TodayPress TV xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb. 

BMT Baş Assambleyasının 2009-cu il 2 dekabr tarixli 64/35 saylı qətnaməsi ilə 29 avqust Nüvə sınaqlarına qarşı mübarizə günü elan edilib.

Nüvə sınaqlarına tam qadağa qoymağı hədəfləyən əsas beynəlxalq sənəd 1996-cı ildə qəbul edilmiş Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilə olsa da, sənəd hələ qüvvəyə minməyib. 187 dövlət müqaviləni imzalayıb, 178-i isə ratifikasiya edib. 

BMT Baş katibi “Ortaq Gələcəyimizi Qorumaq” adlı gündəliyində vurğulayıb ki, qətnamə həm nüvə silahlarının yayılmasının qarşısını almaq istiqamıətində mühüm alət hesab edilir və müqaviləni hələ də ratifikasiya etməyən dövlətləri tezliklə buna nail olmağa çağırıb. Qeyd edək ki, Fransa əsarətində saxladığı müstəmləkə ərazilərində həyata keçirilən sınaqlar da daxil olmaqla 1960-cı ildən bəri təxminən 210 nüvə sınağı həyata keçirmişdir. Bu sınaqlar insan və ətraf mühitə güclü zərbə dalğası, istilik şüalanması və radioaktiv çirklənmə kimi dağıdıcı təsirlər göstərmişdir. Fransanın həyata keçirdiyi nüvə sınaqları beynəlxalq ictimaiyyət və müxtəlif təşkilatlar tərəfindən bir neçə sənəd və platforma vasitəsilə qınanmışdır. Xüsusilə BMT və beynəlxalq nüvə nəzarət qrupları Fransanın Polineziyadakı nüvə sınaqlarını qanunsuz hesab etmiş, bu sınaqların mənfi təsirlərinə görə rəsmi üzrxahlıq və təzminat tələb etmişlər. Bu mövzu ilə bağlı müxtəlif beynəlxalq konfranslar və seminarlar da təşkil olunmuş, o cümlədən COP29 kimi tədbirlərdə Fransa nüvə sınaqlarının mənfi sosial və ekoloji təsirləri qınanmışdır. Müstəmləkə ərazilərində yaşayan xalqlar hələ də Fransa tərəfindən mənfi təsirlərin tanınmaması və lazımi kompensasiyanın ödənilməməsi məsələsində narazılıqlarını ifadə edir. Bu sənədlər və qınamalar əsasən insan hüquqları, ekoloji mühafizə və beynəlxalq hüquq çərçivəsində aparılır.

XƏBƏR LENTİ
31 MAY 2026
Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək 14:23 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Bütün Xəbərlər