128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi

128 min dollarlıq polis robotu "işdən qovuldu" - 10 ayda bir nəfəri belə tuta bilməmişdi
21.06.2026 03:00 Dünya

ABŞ-nin Dublin şəhərində yerli polis xidməti fəaliyyətə başladıqdan bir ilə yaxın müddətdə "DubBot" adlı polis robotunu istismardan çıxarıb. Avtomatlaşdırılmış köməkçi 10 aylıq fəaliyyəti ərzində nə bir nəfəri saxlaya, nə də hər hansı cərimə tətbiq edə bilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

Dəyəri 128 min dollardan çox olan qurğu ictimai məkanlarda patrul xidməti aparmaq və təhlükəsizliyin təmin edilməsində polisə dəstək vermək üçün nəzərdə tutulmuşdu. Lakin fəaliyyət göstərdiyi müddətdə robot nə bir cərimə yazıb, nə də hər hansı saxlanılma əməliyyatında iştirak edib.

Bu səbəbdən "DubBot" qısa müddətdə yerli sakinlərin zarafat mövzusuna çevrilib. Bir çoxları layihəni səmərəsiz hesab etsə də, robotun tərəfdarları onun əsas vəzifəsinin həbslər həyata keçirmək deyil, müşahidə aparmaq, vətəndaşları məlumatlandırmaq və hüquq-mühafizə orqanlarına yardım göstərmək olduğunu bildiriblər.

Bununla belə, şəhər rəhbərliyi proqramı vaxtından əvvəl dayandırmaq qərarına gəlib. Eyni tipli ikinci robotun istifadəyə verilməsi planları da ləğv olunub.

KİV-in məlumatına görə, polis eksperimentin gözləntiləri doğrultmadığını etiraf edib. Hazırda şəhər rəhbərliyi təhlükəsizliyin təmin olunması üçün texnologiyalardan istifadənin alternativ yollarını araşdırır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər