11 sentyabr terrorundan 3 il əvvəl bu xəbərdarlıq edilmişdi

11 sentyabr terrorundan 3 il əvvəl bu xəbərdarlıq edilmişdi
11.09.2026 23:59 Dünya

ABŞ kəşfiyyatının hələ 1998-ci ildə “Əl-Qaidə” terror qruplaşmasının təyyarədən istifadə etməklə terror aktı törədə biləcəyini bildiyi ortaya çıxıb.

TodayPress TV xəbər verir ki, “The New York Times”ın yaydığı məlumata görə, məxfi rejimdən çıxarılan CIA sənədində qruplaşmanın partlayıcı maddələrlə yüklənmiş təyyarəni ABŞ-nin şəhərlərindən birinə yönəldə biləcəyi barədə xəbərdarlıq yer alıb.

Sənəd 2001-ci il 11 sentyabr terror aktlarından üç il əvvəl Ağ Evə təqdim edilib.

Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” üzvləri tərəfindən qaçırılan sərnişin təyyarələri ABŞ-də Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqona çırpılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 SENTYABR 2026
Bütün Xəbərlər