Hakerlər şəhəri “mühasirəyə aldı” - Bir həftədə 269 min kiberhücum

Hakerlər şəhəri “mühasirəyə aldı” - Bir həftədə 269 min kiberhücum
13.09.2026 01:59 Dünya

Fransanın mərkəzi hissəsində yerləşən Burqundiya regionunun Juanyi şəhəri bir həftə ərzində 269 mindən çox kiberhücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, hakerlər şəhər meriyasının daxili şəbəkəsinə daxil olublar.

Lakin operativ müdaxilə nəticəsində mühüm məlumatların oğurlanmasına imkan verilməyib.

Bildirilib ki, son dövrlərdə kiçik şəhərlərə qarşı kiberhücumların sayı artıb. Kiber cinayətkarların daha zəif qorunduğunu düşündükləri kiçik yaşayış məntəqələrini hədəf aldığı, əldə etdikləri məlumatları satdığı və ya dələduzluq məqsədilə istifadə etdiyi qeyd olunub. Bəzi hallarda isə hakerlər fidyə tələb ediblər.

Qeyd edək ki, Fransada dövlət qurumlarının resurslarına qarşı da kiberhücumlar artıb. Son hücumlardan biri nəticəsində ölkənin vergi xidmətinin sistemlərindən 350 min şəxsin məlumatlarına giriş əldə edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 SENTYABR 2026
Bütün Xəbərlər