Prezident Kamran İmanovla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.
PodayPress TV-nin məlumatına görə, K. İmanov ordenlə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, K. İmanovun noyabrın 5-də 80 yaşı tamam olacaq.