Səhiyyə naziri onu işdən çıxardı
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.
TodayPress TV xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, bununla bağlı səhiyyə naziri Anar Bayramov müvafiq əmr imzalayıb.
Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Ömərova həvalə edilib.
Qeyd edək ki, 2010-cu ildə yaradılan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi 2025-ci ildə adını dəyişərək Rəqəmsal Səhiyyə Mərkəzi olub. Cəbrayıl Tofiq oğlu Əsədzadə qurumun yaradıldığı vaxtdan rəhbəri idi.