Varşavada hərbi sıçrayış: Tuskdan iddialı sözlər - VİDEO

Varşavada hərbi sıçrayış: Tuskdan iddialı sözlər - VİDEO
04.11.2026 17:24 Dünya

Polşa regionun ən güclü ordularından birini formalaşdırır və müdafiə xərclərinə ÜDM-nin ən yüksək payını ayıran NATO ölkəsidir.

TodayPress TV xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

“Polşa, həqiqətən də, regionda ən güclü ordu, NATO-nun ən güclü ordularından birini qurur. Reytinqdə birinci olmaq istədiyimiz üçün deyil, çünki bilirik ki, bu çox çətin dövrlərdə hər şeydən əvvəl özümüzə güvənməliyik”, – Tusk qeyd edib.

Polşa ABŞ da daxil olmaqla, NATO üzvləri arasında müdafiəyə ÜDM-nin ən böyük hissəsini ayıran ölkədir. Ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı isə Prezident Karol Navrotski hesab olunur.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər