Bakı məktəblərinə müəllim qəbulu bu qaydada davam edəcək

Bakı məktəblərinə müəllim qəbulu bu qaydada davam edəcək
04.11.2026 17:18 Elm və Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə vakant və sosial məzuniyyətlə əlaqədar müvəqqəti boş qalan yerlərə müəllim qəbulu miq.edu.az portalı üzərindən davam etdiriləcək.

TodayPress TV bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, yerləşdirmədə bu il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlər nəzərə alınacaq.

Namizədlər topladıqları balların ardıcıllığına uyğun olaraq mövcud qaydalar çərçivəsində vakant yerlərə yerləşdiriləcəklər.

TodayPress TV 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər