"YAŞAT" xeyriyyə telemarafonlarında toplanan vəsait açıqlandı

"YAŞAT" xeyriyyə telemarafonlarında toplanan vəsait açıqlandı
08.12.2025 11:13 Cəmiyyət

"YAŞAT" Fondunun müxtəlif illərdə təşkil olunan xeyriyyə telemarafonları üzrə toplanan vəsaitlərlə bağlı rəqəmlər açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun 5 illik fəaliyyətə dair mətbuat konfransında bildirib. 

Açıqlamaya görə, keçirilən telemarafonlar üzrə toplanan vəsait aşağıdakı kimi olub:

25 may 2021 — AzTV telekanalı ilə yayımlanan telemarafonda 1 042 609.29 manat vəsait toplanıb.

7 noyabr 2021 — İctimai Televiziyanın (İTV) təşkil etdiyi telemarafonda 1 391 697.26 manat vəsait toplanıb.

25 oktyabr 2024 — İTV tərəfindən yayımlanan telemarafonda 375 343 manat toplanıb.

6 noyabr 2025 — İTV telemarafonu nəticəsində 793 382.78 manat vəsait əldə olunub.

Bildirilib ki, telemarafonlar zamanı toplanan vəsait şəhid ailələri və qazilərin dəstəklənməsi üçün istifadə olunur.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər