"YAŞAT" Fondu şəhid övladlarına ayrılan dəstəyin məbləğini açıqladı

Cəmiyyət

08.12.2025 11:00

“YAŞAT” Fondunun “Onlar bizə əmanətdir” layihəsi çərçivəsində dünyaya gələn şəhid övladlarına göstərilən maddi dəstək barədə yeni məlumatlar təqdim edilib.

TodayPress TV xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, layihə çərçivəsində indiyədək 120 nəfər şəhid övladı üçün xüsusi dəstək ayrılıb. Hər bir körpə üçün 5 000 manat depozit, zəruri xərclər üçün isə 1 000 manat məbləğində vəsait təmin olunub. Ümumilikdə yerləşdirilən depozit məbləği 595 000 manat, bu günə qədər hesablanan faiz məbləği isə 232 781.22 manat təşkil edir.

Bundan əlavə, körpələrin zəruri ehtiyacları üçün ayrılan ümumi məbləğ 119 000 manat olub.

Qiymət Mahir

TodayPress TV

tag: Yaşat,Fond,Şəhid övladları,Dəstək,Todaypress.tv,