Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO

Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO
27.07.2026 12:05 Cəmiyyət

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində Ümid Taməddin oğlu Hüseynli dənizdə boğularaq həyatını itirib.

TodayPress TV Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Ümid əslən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Külüs kəndindən olub.

Onun atası Taməddin Hüseynov 3 saylı Babək–Şahbuz–Kəngərli Dairə Seçki Komissiyasının sədridir.

Qeyd edək ki, Ümid Hüseynli Qubadlı Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışırdı. O, prokurorluq orqanlarına qəbul imtahanında yüksək nəticə göstərərək bu məsul vəzifəyə qəbul olunmuşdu.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər