Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi...
44 günlük Vətən müharibəsi şəhidinin anası Elvira xanım xroniki böyrək çatışmazlığından əziyyət çəkən qızına donor olub.
TodayPress TV xəbər verir ki, bu barədə cərrah Eldar Əhmədov sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Elvira xanım şəhid anasıdır. Oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Qızı isə xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi. Övladı üçün donor oldu. 3 gün əvvəl böyrək transplantasiyası əməliyyatını icra etdik. Kreatinin dəyəri 5.6 mq/dl-dən 0.96 mq/dl-ə qədər düşdü", – deyə cərrah paylaşımında qeyd edib.
O, əlavə edib ki, həm donor, həm də resipiyent hazırda özlərini yaxşı hiss edirlər və müalicələri davam edir.
Jalə Rövşən
44 günlük Vətən müharibəsi şəhidi
Böyrək çatışmazlığı
Cərrah Eldar Əhmədov
Donor
Todaypress.tv
Jalə Rövşən