Sədr: “Dövlət və biznes subyektləri ilə layihələr icra olunub”

Cəmiyyət

29.01.2026 11:40

Daşınmaz əmlak sahəsində dövlət və biznes subyektləri arasında məlumat mübadiləsinin təşkili istiqamətində yeni inteqrasiya layihələri həyata keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, dövlət və biznes subyektləri ilə qarşılıqlı məlumat mübadiləsinin təşkili üzrə bir sıra layihələr icra olunub. Bu çərçivədə Rəqəmsal İnkişaf və İnnovasiyalar Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə məlumat mübadiləsinin təşkili layihələri həyata keçirilib.

Bildirilib ki, inteqrasiya prosesləri milli məlumat mübadiləsi sistemləri, o cümlədən ASAN Bridge, rəqəmsal maliyyə sistemləri və rəqəmsal razılaşma platformaları üzərindən təmin olunub.

Qiymət Mahir

TodayPress TV

tag: Nigar Alimova,Tədbir,Konfrans,Çıxış,Todaypress.tv,