Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
08.12.2025 22:15 Cəmiyyət
Sabah paytaxtın Nərimanov rayonunda qaz təchizatı dayandırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 09.12.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər