Qırmızı Bazar və Sos kəndinə növbəti köç karvanı yola düşdü
Xocavəndin Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb.
TodayPress TV xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 21 ailə - 89 nəfər və Sos kəndinə 20 ailə - 80 nəfər köçürülür.