Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO
Özünün və başqalarının həyatını təhlükəyə atan piyada saxlanıldı
TodayPress TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, yaxınlıqda yerüstü piyada keçidinin olmasına baxmayaraq, onlar üçün nəzərdə tutulmayan hissədən yolu keçməyə cəhd göstərən piyada yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Həm özü, həm də digər hərəkət iştirakçıları üçün real qəza şəraiti və həyati təhlükə yaradan piyada ilə yol polisi tərəfindən maarifləndirici və profilaktik söhbətlər aparılıb.
Məsələ ilə bağlı xatırladılır ki, qanunvericiliyin tələblərinə əsasən, piyadalar avtomobil yolunun hərəkət hissəsini və küçələri yalnız piyada keçidləri ilə (o cümlədən yeraltı və yerüstü keçidlərlə) keçməlidirlər. Bu cür keçidlər olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca hərəkət etmək lazımdır.
Yol polisi bir daha bütün hərəkət iştirakçılarına müraciət edərək diqqətə çatdırır ki, qaydalara ciddi əməl etmək hamını həyati təhlükələrdən qoruyan ən vacib amildir.