Ötən il verilən elektron çıxarışların sayı açıqlandı
Cəmiyyət
29.01.2026 11:20
“2025-ci il ərzində minlərlə vətəndaşın əmlak hüquqları elektron qaydada təmin edilib”.
TodayPress TV xəbər verir ki, bunu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, bu işlər Azərbaycan Respublikasının Prezidentinin torpaq münasibətləri və qeyri-yaşayış təyinatlı tikililərlə bağlı imzaladığı fərmanların icrası çərçivəsində həyata keçirilib.
“Azərbaycan Respublikasının Prezidentinin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli, 1455 nömrəli Fərmanı üzrə 60 928 ailə dövlət vəsaiti hesabına elektron çıxarışla təmin edilib. Eyni zamanda, 413 423 ədəd dövlət aktı əsasında hüquq sahibi olan vətəndaşa elektron çıxarış təqdim olunub. Bundan əlavə, Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı çərçivəsində 23 587 qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair yerquruluşu planı tərtib edilərək aidiyyəti üzrə təqdim edilib. Həmçinin 4 602 qeyri-yaşayış binası üzrə mülkiyyət hüquqları qeydiyyata alınaraq hüquq sahibləri elektron çıxarışla təmin olunub”.
Qiymət Mahir
tag: Nigar Alimova,Tədbir,Konfrans,Çıxış,Todaypress.tv,
