Oqtay Şirəliyev vəfat etdi
Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə APA-ya onun yaxınları məlumat verib.
Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.
O, 2005-ci ildə Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilib.
Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.